Baş diplomatdan "İncirlik" açıqlaması - niyə gəlmisiniz?

Baş diplomatdan "İncirlik" açıqlaması - niyə gəlmisiniz? Türkiyənin xarici işlər naziri Mövlüd Çavuşoğlu "İncirlik" hərbi bazası ətrafında yaranmış qalmaqal münasibət bildirib.

Missiya.Az xəbər verir ki, BMT-nin yeni baş katibi Antonio Quterreslə görüşən Çavuşoğlu "İncirlik" bazasının bağlanmasının gündəmdə olmadığını deyib.

"Hazırda "İncirlik" bazasının bağlanması gündəmdə deyil. Amma xüsusilə İŞİD-lə mübarizə üçün gələnlər dəstək verməyəcəklərsə burda qalmalarının da bir mənası yoxdur. Məncə xalqımız haqlıdır. Biz həmişə xalqımızın fərasətinə inanırıq. Haqlı olaraq soruşurlar: Biz burda şəhid oluruq, niyə dəstək vermirsiniz? Niyə gəldin, niyə dəstək vermirsən? Bu, son dərəcə haqlı bir sualdır." - deyə Çavuşoğlu bildirib.

Prezident administrasiyasının sözçüsü İbrahim Kalın isə "İncirlik" bazasını bağlamaq hüququna malik olduqlarını, amma hələlik bunun müzakirə mövzusu olmadığını demişdi.
Siam.az
Tarix: 6-01-2017, 08:27
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}