ABŞ Rusiya və “WikiLeaks” arasındakı vasitəçilərin müəyyənləşdirdiyini bildirib

 ABŞ Rusiya və “WikiLeaks” arasındakı vasitəçilərin müəyyənləşdirdiyini bildirib ABŞ xüsusi xidmət orqanları Rusiya və “WikiLeaks” arasındakı vasitəçiləri müəyyən etdiklərini bəyan ediblər. Bildirilir ki, həmin vasitəçilər ABŞ Demokratlar Partiyasına aid sənədləri dərc olunması üçün “WikiLeaks”ə ötürüblər.

APA-nın xəbərinə görə, bu barədə CNN telekanalı hesabatın məzmunu ilə yaxından tanış olan mənbəyə istinadən məlumat yayıb.

Telekanalın xəbərinə görə, bu barədə ABŞ kəşfiyyatının məxfi hesabatında bildirilir. Telekanal xüsusi xidmət orqanlarının iddiasını təsdiqləyəcək adlar və dəlillər təqdim etməyib.

Bundan əvvəl ABŞ-ın xüsusi xidmət orqanlarının nümayəndələri rusiyalı hakerlərin ölkənin seçki sistemlərinə və siyasi təşkilatlarının resurslarına hücum etdiyini və edilən məlumatların “WikiLeaks” saytı vasitəsi ilə yayıldığını bildiriblər. Bildirilir ki, hücumlar Trampın seçkilərdə qələbə qazanması məqsədilə təşkil edilib.

Rusiya tərəfləri bütün ittihamları rədd edir.

Qeyd edək ki, ABŞ-da keçirilmiş prezident seçkilərinə Rusiyanın müdaxiləsinə dair 50 səhifəlik məxfi hesabat ötən gün Barak Obamaya təqdim edilib.

Hesabatda yer alan məlumatlar yanvarın 6-da yeni seçilmiş prezident Donald Trampa da təqdim ediləcək.

Hesabatın qeyri-məxfi variantı gələn həftənin əvvəlində ictimaiyyətin diqqətinə çatdırılacaq.
Tarix: 6-01-2017, 08:29
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}