İranlı qız gözəllik yarışmasına bu geyimdə çıxacaq – Foto

İranlı qız gözəllik yarışmasına bu geyimdə çıxacaq – Foto Gözəllik yarışmasında “İran gözəli” seçilən Sonya Bəytuşi bu il Vyetnamda keçiriləcək “Dünya gözəli- 2017”də (“Miss Grand İnternational 2017”) İranı təmsil etmək istədiyini deyib.

Axar.az xəbər verir ki, Beytuşi İran hökumətinin belə yarışlara izn vermədiyini qeyd edərək, “2014-cü ildə Şadi Osman gözəl seçilərək “Miss Qrand İnternəşnl” yarışmasına qatılmışdı. Heç bir problem olmadı. Bütün İran məni gözəllik kraliçası kimi tanıyır”, - deyib.

Ona yarışmada mayo geyinmək kimi bir şərtin olduğu xatırladılıb. Beytuşi yarışmanın şərtlərinə razı olacağını bildirib:

“Şübhəsiz, bu yarışmaya qatılanların şərtləri də qəbul etmələri vacibdir. Mən də geyinəcəyəm. Yarışmaya 125 ölkə qatılır və qatılan qızların hamısı mayo geyinəcək. Bu qaydanı necə dəyişə bilərəm?!”

Beytuşi İranda bu vaxta qədər heç bir problem yaşamadığını da qeyd edib.
Tarix: 9-01-2017, 16:41
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}