“Krımı qaytar, AŞPA-ya geri dön” - bunu Rusiyadan tələb edənlərin arasında Azərbaycan və Türkiyə də var

 “Krımı qaytar, AŞPA-ya geri dön” - bunu Rusiyadan tələb edənlərin arasında Azərbaycan və Türkiyə də var Bu həftə AŞPA-nın rəhbəri Pedro Aqramuntun Moskvaya səfəri gözlənilir. Aqramunt Rusiya paytaxtında Yeqor Qaydar forumuna iştirak edəcək. Lakin AŞPA sədrinin əsas məqsədinin Rusiyanın təşkilatın sessiyalarında iştirakını yenidən bərpa etməkdir.

Rusiya mətbuatı AŞPA-da anti-Rusiya lobbisinin olduqca güclü olduğunu qeyd edir. Qazeta.ru-nun yazdığına görə, bunların içində Rusiyanın nominal dostları sayılan Türkiyə və Azərbaycan da var.


Qeyd olunur ki, yeni il öncəsində AŞPA-nın 66 deputatı Assambleyaya xüsusi müraciət qəbul edərək Rusiya nümayəndə heyətinə qarşı sanksiyaların uzadılmasını xahiş ediblər.

Onlar müraciətdə Rusiya tərəfinin AŞPA-nın qəbul etdiyi heç bir qətnaməni icra etmədiyini, bu səbəbədən ruslara qarşı diskriminasiya tədbirlərinin uzadılmasının daha faydalı olacağı düşüncəsində olduqlarını qeyd ediblər.

Assambleyanın həmin müraciətin yer aldığı 14223 saylı sənədində qeyd olunur ki, AŞPA Rusiya tərəfinin mandatını “Krımın qeyri-qanuni şəkildə işğalı və Rusiyanın Donbasdakı hərbi təcavüzündən sonra dayandırıb.

Həmin sənəddə Rusiyaya qarşı tələblər də yer alır.

“AŞPA-nın 1990 (2014), 2034 (2015) və 2063 (2016) saylı qətnamələrinə müvafiq olaraq Assambleya Rusiya hakimiyyətini Krımı Ukraynaya geri qaytarmağa, Krım tatarlarını sıxışdırmaqdan imtina etməyə, Minsk razılaşmalarına əməl etməyə, Ukraynadan qoşunlarını çıxarmağa, Hollandiyaya məxsus MH17 saylı avialaynerin məhv edilməsi ilə bağı təhqiqatda tam əməkdaşlığa, Ukrayna ilə sərhədlərin müştərək şəkildə qorumağa, hərbi əsirlərin, girovların və qeyri-qanuni şəkildə tutulanların azad edilməsinə çağırmışdı.

Sənəddə Rusiyanın göstərilən tələblərin heç birisini yerinə yetirmədiyi, üstəlik, beynəlxalq hüququn normalarına zidd olaraq Krımda Dövlət Dumasına seçkilər keçirilib.

“Biz qəti surətdə əminliyimizi ifadə edirik ki, Assambleyanın Rusiya nümayəndə heyətinin iştirakı ilə bağlı mövqeyi ardıcıl və yuxarıda sadalanan qətnamələrə söykənməlidir. Əks halda Assambleya öz avtoritetini Avropada və onun hüdudlarından kənarda təmin etməkdə gücsüzlüyünü de-fakto etiraf etməli olacaq”.

Müraciət AŞPA-nın 324 deputatının 66-sı tərəfindən imzalanıb.

Müraciəti imzalayanlar arasında Ukrayna, İsveç, Polşa, Macarıstan, Gürcüstan, Rumıniya, Slovakiya, Finlandiya, Litva, Estoniya, habelə Azərbaycan və Türkiyə var.

Rusiya parlament üzvlərinin iştirak məsələsi AŞPA-nın 23-27 yanvarda Strasburqda keçiriləcək sessiyasında bəlli olacaq.

Bundan başqa, sessiyada Avropada söz azadlıqları məsələsi, Türkiyə və Ukraynadakı situasiya, Suriyadakı hadisələr və onun qonşu ölkələrə təsiri müzakirə olunacaq.

Rusiya Dövlət Dumasının spikeri Vyaçeslav Volodinin Rusiya tərəfinin iştirakının Aqramuntla yanvarın 11 və 12-də keçriləcək görüşlərdə bəlli olacağını söyləyib. O, Rusiya tərəfinin iştirakının sanksiyaların götürülməsi halında baş tutacağını bildirib.

 “Krımı qaytar, AŞPA-ya geri dön” - bunu Rusiyadan tələb edənlərin arasında Azərbaycan və Türkiyə də var

Volodin özü Rusiyanın AŞPA-dakı iştirakına tərəfdarı olduğunu sözlərinə əlavə edib.

Lakin Rusiya qanunverici orqanın yuxarı palatasının, Federasiya Şurasının sədri Valentina Matviyenko daha pessimist əhval-ruhiyyədədir. O, Rusiyanın ümumiyyətlə iştirak üçün müraciət etməməli olduğunu düşünür.

Rusiyanın AŞPA-dakı nümayəndə heyəti keçin ilin sonunda formalaşıb. Nümayəndə heyətinə Dumanın vitse-spikeri Pyotr Tolstoy rəhbərlik edə bilər.

Lakin ruslar Assambleyada iştirakının mümkün olmayacağını özləri etiraf edirlər.

Rusiya Federasiya Şurasının beynəlxalq əlaqələr komitəsinin sədr müavini Andrey Klimovun sözlərinə görə, AŞPA-da anti-Rusiya əhval ruhiyyəsi hökm sürdüyü müddətcə bu təşkilata qayıtmağın mənası yoxdur.

“Biz zala daxil olan kimi deputatların bir hissəsi dərhal sanksiyaların uzadılmasını tələb edəcək və heç bir Arqamunt bizə kömək edən deyil”, Dövlət Dumasının MDB işləri üzrə komitəsinin rəhbəri Leonid Kalaşnikov bəyan edib.(Müsavat .com)
Tarix: 10-01-2017, 16:14
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}