Ən təhlükəli beş ölkə

 Ən təhlükəli beş ölkə Jurnalistlər üçün dünyanın ən təhlükəli beş ölkəsinin adı açıqlanıb.

Axar.az xəbər verir ki, bu barədə məlumat Kardif Jurnalistika Məktəbi yanında Beynəlxalq İnformasiya Təhlükəsizliyi İnstitutunun hazırladığı hesabatda yer alıb. Hesabata əsasən, keçən il öz peşə borcunu yerinə yetirərkən 115 jurnalist həyatını itirib.

Jurnalistlər üçün ən təhlükəli ölkələr siyahısına Kolumbiya rəhbərlik edir. Keçən il burada 20 jurnalist həlak olub. Növbəti yerləri isə Meksika (12), Əfqanıstan (12), İraq (11) tutur.

İlk beşliyi Rusiya tamamlayır. Belə ki, 2016-cı ildə burada 9 jurnalist həlak olub. Ölənlərin hamısı Soçidən Suriyaya gedən təyyarənin qəzaya düşməsi nəticəsində dünyalarını dəyişiblər.

İlk onluqda Yəmən (8), Suriya (6), Hindistan (6), Qvatemala (6), Liviya (3) da var.
Tarix: 10-01-2017, 16:25
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}