Fars körfəzində İran kateri ilə rastlaşan ABŞ gəmisi yolunu dəyişib

Fars körfəzində İran kateri ilə rastlaşan ABŞ gəmisi yolunu dəyişib Amerikanın "Mahan" esminesi Fars körfəzi ilə hərəkət zamanı İran kateri ilə toqquşmadan yayınmaq üçün yolunu dəyişmək məcburiyyətində qalıb.
"Report" xəbər verir ki, bu barədə ABŞ administrasiyasındakı mənbələrə istinadən "Fox News" məlumat yayıb.
Telekanal qeyd edir ki, esmines İran İnqilabı Keşikçiləri Korpusunun kateri ilə rastlaşıb. Esmines toqquşmadan qaçmaq üçün yolunu dəyişib və xəbərdarlıq raketləri atmaqla təhlükə siqnalı verib.
Bundan əlavə, esminesin heyət üzvləri döyüş mövqeyi tutub.
Siam.az
Tarix: 26-04-2017, 09:45
Xəbəri paylaş





Xəbər lenti