İranın Pakistanla sərhədində insident baş verib- 10 SƏRHƏDÇİ ÖLÜB, 3-Ü YARALANIB

İranın Pakistanla sərhədində insident baş verib- 10 SƏRHƏDÇİ ÖLÜB, 3-Ü YARALANIB İranın Sistan və Bəluçistan əyalətində Pakistanla sərhəddə sərhəd polisi və silahlı qruplaşma arasında silahlı insident baş verib.
Siam.az APA-ya istinadən xəbər verir ki, sərhəd polisi və silahlılar arasında baş verən atışma nəticəsində 10 İran sərhədçisi ölüb, 3-ü yaralanıb.
Silahlıların itkisi barədə məlumat verilmir. İran polisinin məlumatına görə, sərhədçilər Pakistan ərazisindən atəşə tutulub.
Hazırda hadisə yerində tədqiqat aparılır.
Siam.az
Tarix: 27-04-2017, 08:24
Xəbəri paylaş





Xəbər lenti