Kim Çin İnin hərəkətləri Putini qəzəbləndirə bilər — Politoloq rəyi

Kim Çin İnin hərəkətləri Putini qəzəbləndirə bilər — Politoloq rəyi “İnsanlar və cəmiyyət arasında münasibətlər olduğu kimi beynəlxalq münasibətlərdə də qaydalar var. Şimali Koreya ABŞ, Yaponiya, Çin və digər nəhəng dövlətlərin qarşısında kiçik bir ölkədir. Burada dərindən düşünülüb addım atılmalıdır. Əgər doğurdan da Şimali Koreya dünya ölkələrinə təhlükə yaradacaq addımlar atacaqsa, ona qarşı müəyyən tədbirlər görülməlidir”.


Bu barədə politoloq İlqar Altay Ölkə.Az-a açıqlamasında bildirib. Onun sözlərinə görə, Şimali Koreya rəhbərliyi özünü rola vurursa, sadəcə görüntü üçün raket sınaqları həyata keçirirsə, dünya gücləri təhlükə yaratmayan bu addımlara qarşı hərbi güc tətbiq etməməlidirlər.

“Kim Çin Inın məsuliyyətsizliyi səbəbindən, dünya üçün təhlükə yaratmayan addımlara görə böyük dövlətlərin Şimali Koreyanı vurması bir qədər düzgün olmaz. Bu nəhəng dövlətlərə yaraşmayan hərəkətlər olar. İraqda keçirilən əməliyyat kimi biabırçılıq ola bilər. Vaxtilə Buşun əmrinə əsasən kütləvi qırğın silahlarının olması iddiası ilə İraq viran edildi. Sonradan isə heç bir silah tapılmadı. Səbəbsiz yerə insanlar məhv oldular. Düzdür Şimali Koreyaya lazımı anda güc göstərilməlidir. Oranın ağılsız liderinin törədə biləcəyi axmaq hərəkətlərin qarşısı alınmalıdır. Bu addım da düzgün şəkildə analiz edildikdən sonra əmələ keçilməlidir”, - deyə siyasətçi bildirib.

İ.Altay deyir ki, əgər həqiqətən də real təhlükə yaranarsa, Şimali Koreyaya zərbələr vurulacaq:
“Rusiyanın özü də atom silahlarını nqadağan olunması məsələsinə qoşulub. Rusiya özü böyük dövlətdir və beynəlxalq təşkilatların aparıcı üzvlərindəndir. Şimali Koreya lideri elə hərəkət edə bilər ki, Rusiyanın özü də ona qarşı çıxar. Ona qarşı digər güc dövlətlərilə birləşər”.

Ziya Səccad
Tarix: 27-04-2017, 08:31
Xəbəri paylaş





Xəbər lenti