Kremldən İsrailin zərbəsinə cavab:Uzaq olun

Kremldən İsrailin zərbəsinə cavab:Uzaq olun Regionda gərginliyi artıracaq təxribatlardan uzaq durulmalıdır.
Axar.az xəbər verir ki, bu sözləri Kreml sözçüsü Dmitri Peskov İsrailin Dəməşq Hava Limanına endirdiyi aviazərbə ilə bağlı açıqlama verərkən deyib.
“Suriyanın suverenliyinə hörmət edilməsinin tərəfdarıyıq. Əvvəldən bildirdiyimiz kimi, gərginliyi artıran təxribatlardan uzaq olmalıyıq”, – Rusiya rəsmisi bildirib.
Qeyd edək ki, bu gün Dəməşq aeroportunda İranın göndərdiyi və Hizbullaha məxsus silah anbarı İsrailin hava zərbəsi ilə məhv edilib.
Siam.az
Tarix: 27-04-2017, 22:59
Xəbəri paylaş





Xəbər lenti