Müxalifət liderinə hücum edildi, üzünə yaşıl maddə atıldı –Navalnı xəsarət aldı (FOTO)

Müxalifət liderinə hücum edildi, üzünə yaşıl maddə atıldı –Navalnı xəsarət aldı (FOTO) Rusiyalı siyasətçi, hazırda Putin rejiminin ən sərt və populyar müxalifətçisi hesab olunan Aleksey Navalnıya hücum edilib.

Siam.az Musavat.com-a istinadən xəbər verir ki, Aleksey Navalnı təsis etdiyi Korrupsiyaya qarşı Mübarizə Fondunun yerləşdiyi binadan çıxarkən naməlum şəxs onun üzünə yaşıl maddə atıb.

Rusiyalı müxalifətçinin mətbuat katibi Kira Yarmış məlumatına görə, Aleksey Navalnı gözündən ağır zədə alıb və onun üçün təcili yardım çağırılıb.

Qeyd olunur ki, bu, Aleksey Navalnının və digər rus müxalifətçilərinin məruz qaldığı ilk hücum deyil. Bu ilin martın 20-də Aleksey Navalnı Barnaulda seçki qərargahının ofisini açdığı zaman eyni hadisə ilə üzləşmişdi.

Bundan başqa, Rusiyanın digər müxalifətçisi, blogger İlya Varlamovun da sifəti Stavropolda “yaşıllanmışdı”.

2016-cı ilin aprelində isə Putin rejiminə qarşı gələn yazıçı Lüdmila Ulitskayanın üzünə yaşıl maddə çırpmışdılar.

Xatırladaq ki, Aleskey Navalnı vaxtaşırı Putin rejiminin korrupsioner mahiyyətini ifşa edən materiallarla çıxış edir. Onun Baş nazir Dmitri Medvedyevin dəbdəbəli həyatı, müxtəlif ölkələrdəki villaları və ağlasığmaz sərvəti ilə bağlı hazırladığı son sənədli film Rusiyada böyük hay-küyə səbəb olmuşdu. Navalnının tərəfdarları hətta Rusiya Federasiyasının 80-dən çox şəhərində effektli etiraz aksiyalarını keçirməyə müvəffəq olmuşdular.

Bu səbəbdən hazırda məhz Aleksey Navalnı 2018-ci ildə keçiriləcək prezident seçkilərində Vladimir Putinin ən böyük rəqibi hesab edilir.

Rusiyalı müxalifətçi müxtəlif bəhanələrlə seçkiyə buraxılmır.

Rusiyanı yaxşı tanıyan bəzi siyasi ekspertlər başqa siyasi xadimlərin başına gətirilən hadisələrlə müqayisədə Navalnıya qarşı edilən bu hərəkətin əslində kiçik xəbərdarlıq olduğunu qeyd edirlər.Müxalifət liderinə hücum edildi, üzünə yaşıl maddə atıldı –Navalnı xəsarət aldı (FOTO)
Tarix: 27-04-2017, 23:07
Xəbəri paylaş





Xəbər lenti