Bəşər Əsəd: “Trampın siyasətdən heç bir anlayışı yoxdur”

Bəşər Əsəd: “Trampın siyasətdən heç bir anlayışı yoxdur” Suriyanın diktator lideri Bəşər Əsəd Venesuellanın “TeleSUR” telekanalına müsahibə verib.


"Ölkə.Az" xəbər verir ki, B.Əsəd müsahibəsində ABŞ-ın 45-ci prezidenti Donald Trampı tənqid edib. Əsəd Trampın siyasətdən uzaq insan olduğunu deyib. Onun sözlərinə görə, Trampın siyasətdən ümumiyyətlə anlayışı yoxdur.

“Amerika prezidentinin siyasəti yoxdur. ABŞ-ın siyasi institutunun siyasətçiləri dövlətin idarəedilməsinə nəzarət edirlər. Bundan başqa, Amerikanın güclü iqtisadiyyatı var. Onların böyük neft bazası var. Güclü orduları, çoxlu silahları və böyük dövlətlərdə lobbiləri var. Bu səbəbdən də, Amerika digər dövlətlərə hədə-qorxu gələ və dediyini yeridə bilir”, - deyə B.Əsəd bildirib.

B.Əsəd həmçinin deyib ki, ABŞ həmişə dünyaya qeyri-şərtsiz nəzarət etməyi xoşlayır:
“ABŞ hegemonluğunu qorumağa çalışır. Bu səbəbdən də, Suriyada. İranda, Türkiyədə, Koreyada. Rusiyada, bəlkə də Venesuellada baş verənlərə istədiyi vaxt müdaxilə edir. Digər dövlətlərin mənafeyinə xələl gətirərək, aBŞ iqtisadiyyatını möhkəmlətməyə çalışırlar”.

Ziya Səccad
Tarix: 28-04-2017, 09:00
Xəbəri paylaş





Xəbər lenti