Turizm şəhərində spirtli içkilər qadağan edilir

Turizm şəhərində spirtli içkilər qadağan edilir Türkiyənin Antalya bölgəsində ictimai yerlərdə alkoqollu içkilərin alışı, satışı və qəbul edilməsi qadağan edilib.

APA TV-nin Türkiyə mətbuatına istinadən məlumatına görə, qanuna əməl etməyən şəxslər barəsində cinayət işi açılacaq.

Bu barədə Antalya Polis İdarəsindən açıqlamada bildirilir. Açıqlamada qərarın Antalya valiliyi tərəfindən verildiyi bildirilir.

Bu qərarın vətəndaşların narahat edilməsi, bölgədə qanuna zidd hərəkətlərə son qoyulması, təhlükəsizliyin qorunması baxımından vacib olduğu vurğulanır.

Bundan əlavə alkoqollu içkilərdən təbiət qoynunda və park edilmiş nəqliyyat vasitələrində qəbulu tam məhdudlaşdırılır.
Tarix: 28-04-2017, 10:15
Xəbəri paylaş





Xəbər lenti