“Kriminal aləm”in “xaç atası”nın qalmaqallı həbsi: İşin arxasından “Bakılı oğlan” çıxdı

“Kriminal aləm”in “xaç atası”nın qalmaqallı həbsi: İşin arxasından “Bakılı oğlan” çıxdı Rusiyada kriminal aləmin "xaç atası" olmağa iddialı “qanuni oğru” Şakro Molodoyun həbsi ətrafında qalmaqal səngimir. Şakro Molodoyun həbsi ilə nəticələnən restoran hadisəsində məkan sahibi olan qadının arxasında iki nüfuzlu biznesmenin dayandığına dair məlumatlar yayılıb.

Cebhe.info xəbər vrir ki, söhbət "Elements" restoranının sahibi Janna Kimi müdafiə edən məşhur milyarderlər- qazax iş adamı Kenes Rakişev və "bakılı oğlan" kimi tanınan, Bakıda dünyaya gəldiyinə dair məlumatlar yayılan, Rusiyanın nüfuzlu iş adamıİsgəndər Mahmudovdan gedir.

Rusiya mətbuatının yazdığına görə, “Elements" restoranında insan ölümü ilə nəticələnən Janan Kim və Şakro Molodoy qalmaqalında milyarderlər restoran sahibinin tərəfini tutub. Hətta Rakişev münaqişənin həlli üçün keçmiş polis əməkdaşı Eduard Budansevi göndərib və o, İsgəndər Mahmudovun sözünü Şakro Molodoyun adamlarına çatdırıb. Ancaq bu vasitəçilik alınmayıb və Budansev həbs olunub. O, Şakro Molodoyun mübahisədə iştirak edən iki adamının ölümündə ittiham olunur.

Bundan sonra İsgəndər Mahmudov və Kenes Rakişev tərəfləri barışdırmaq üçün pul təklif dib. Hətta restoran ətrafındakı silahlı insidentdə ölənlərin ailələrinə kompensasiya da təklif edilib.
Tarix: 28-04-2017, 13:29
Xəbəri paylaş





Xəbər lenti