Federika Mogerini Türkiyənin Avropa Birliyinə üzvlüyü barədə

Federika Mogerini Türkiyənin Avropa Birliyinə üzvlüyü barədə Avropa İttifaqı Türkiyənin quruma üzv olmasına dair danışıqları dayandırmayıb.

TASS xəbər verir ki, bunu Avropa İttifaqının diplomatiya rəhbəri Federika Mogerini quruma üzv olan XİN rəhbərlərinin qeyri-rəsmi görüşündə bəyan edib.

“Danışıqlar prosesi dayandırılmayıb. Sadəcə hazırda biz yeni mövzular ətrafında müzakirələr aparmırıq”, - deyə F.Mogerini vurğulayıb.

O həmçinin bildirib ki, Avropa İttifaqı Türkiyədə keçirilən referendumun nəticələrini tanıyır və bu ölkədə sabitliyin təmin olunmasında maraqlıdır.
Tarix: 29-04-2017, 07:47
Xəbəri paylaş





Xəbər lenti