Böyük skandal : ABŞ rəhbərliyindəki koalisiya təyyarələri Türkiyənin PKK/YPG-ni vurmasını əngəlləmək üçün sərhəddə uçuşlar həyata keçirir…

 Böyük skandal : ABŞ rəhbərliyindəki koalisiya təyyarələri Türkiyənin PKK/YPG-ni vurmasını əngəlləmək üçün sərhəddə uçuşlar həyata keçirir… ABŞ rəhbərliyindəki koalisiya təyyarələrinin Türkiyənin terror təşkilatı PKK/YPG-yə qarşı hava əməliyyatı həyata keçirməsini əngəlləmək üçün, Suriya – Türkiyə sərhədində uçuşlar həyata keçirdiyi məlum olub.
Avropa.info xəbər verir ki, bu haqda terror təşkilatı PYD-nin liderlərindən olan Evvas Əli Rusiyanın “Sputnik ” Agentliyinə açıqlamasında deyib.
Terrorçunun dediyinə görə, koalisiya təyyarələri dünən gecə boyu Kobani-Tel Abyad sərhədində uçuş həyata keçirib.
“Koalisiya təyyarələri 2 gündür Tel Abyad, Kobani, Qamışlı və Dərində zonasından alçaq uçuşlar edərək Türkiyənin yenidən mümkün hava əməliyyatını əngəlləmək istəyir. Biz bu uçuşların hər gün və rəsmi olaraq keçrilməsini istəyirik” deyə Evvas Əli bildirib.
ABŞ Müdafiə Nazirliyi (Pentaqon) sözçüsü Jeff Davis isə bu iddiaların doğru olmadığını deyib. Bununla yanaşı Davis ABŞ-ın PYD/YPG-ni rəsmən dəstəklədiyini etiraf edib.
“Suriyanın şimalında ortaqlarımız olan PYD ilə birlikdə hərəkət edən əsgərlərimiz mövcuddur. Sərhəd əraziləri də bizim nəzarətimizdədir” deyə Pentaqon sözçüsü qeyd edib.
Davis jurnalistlərdən birinin “PKK/PYD/YPG-nin Türkiyəyə yönəlik hücumlarına türk ordusunun cavab verməsini əngəlləmək üçünmü oradasınız” sualına isə cavab verməkdən yayınıb.
Tarix: 29-04-2017, 09:10
Xəbəri paylaş





Xəbər lenti