İŞİD-in fərariləri:Ölkələri gözləyən böyük təhlükə - TƏHLİL

İŞİD-in fərariləri:Ölkələri gözləyən böyük təhlükə - TƏHLİL Arib Ulla

"Middle East Eye"




İŞİD tərəfində döyüşdə şübhəli bilinən bir neçə qərb mənşəli şəxsin Türkiyə polisi tərəfindən həbs edilməsi Suriya ərazisində getdikcə daha çox sahə itirməyə davam edən əcnəbi terrorçuların fərarilik edərək, Avropaya qayıtmağa çalışacağı narahatlığını artırıb.

Türkiyə və Avropa hakimiyyətləri son bir neçə ayda Suriya və İraqı tərk etməyə cəhd edən xarici döyüşçülərin sayında artım olduğunu bildirib.

"Guardian" qəzetinin xəbərinə görə, ötən həftə floridalı Kari Pol Kleman, londonlu Stefan Aristidou və onun ingilis xanımı İŞİD-in nəzarətindəki sahələrdə iki il yaşadıqdan sonra Kilisdə türk sərhəd polisinə təslim olublar.


Türkiyə polisi ölkənin cənubunda İŞİD-in onlarla xarici döyüşçüsünü həbs edib və həmin şəxslərin əksəri sərhədi qeyri-qanuni keçməyə cəhd edərkən, türk səlahiyyətlilərinə özləri təslim olub.

Səlahiyyətlilər "Guardian"a bildirib ki, Aristidou Raqqa və Türkiyənin dəstəklədiyi müxalif "Suriya Azadlıq Ordusu" qüvvələri ilə azad edilən əl-Bab şəhərlərində – İŞİD-in dayaq məntəqələrində yaşadıqlarını etiraf edib.

Rəsmilər, həmçinin bildirib ki, Aristidou və əslən banqladeşli xanımı Türkiyə sərhədinə Britaniya pasportu ilə gəlib və sərhədçilərə Suriyaya mübarizədə aparmaq üçün yox, səyahət məqsədilə getdiklərini deyiblər.

ABŞ vətəndaşı olan Kleman Türkiyə sərhədinə suriyalı xanımı və iki misirli qadınla gəlib. Sonuncuların ərləri Suriya və ya İraqda həlak olublar.

Onun ailəsi iddia edirdi ki, Kleman Suriya daxilində yardım çatdırılmasına kömək etmək üçün 2015-ci ilin yayında ailəsi ilə birlikdə bu ölkəyə səfər edib. Lakin Suriyada gəldikdən sonra ABŞ vətəndaşı onu Suriyaya gətirib çıxaran məlumatın "saxta olduğunu" görüb.



Cari problem



Suriya-Türkiyə sərhədində vəziyyətə dair məlumatlı olan, adının çəkilməsini istəməyən mənbə "MEE"-yə deyib ki, Suriya həmişə qaçaqmalçılıq üçün istifadə edilmiş marşrutlardan biri olub. Əsas marşrutlar indi Türk ordusu tərəfindən möhkəm nəzarət altına alınıb ​​və digər marşrutlar da müntəzəm bağlanılır: "Amma zəif məntəqələr həmişə var".

Royal United Services İnstitutunun (Xidmərlər üzrə Birləşmiş Kral İnstitutu – RUSI) antiterror mütəxəssisi Raffaello Pantuççi "MEE"-yə bildirib ki, "xarici döyüşçülər arasında fərarilik uzun müddətdir davam edir".

O, həmçinin geri dönən axınla bağlı "böyük iş və koordinasiya"nın tələb olunacağını söyləyərək, Avropa təhlükəsizlik xidmətlərinin yükünün artacağını vurğulayıb.

Əvvəllər Avropadan Suriyaya gələn bir çox xarici döyüşçülər hazırda ya həbsdədir, ya da onlar ölkənin milli təhlükəsizliyi üçün təhlükə olub-olmadığını müəyyən etmək üçün dövlət proqramlarına cəlb ediliblər.

Britaniyada polis və Məhkəmə Təhqiqatı Xidməti repatriantların ayrı-ayrılıqda izlənməsinin gərəkli olub-olmadığına qərar verməlidir.

Böyük Britaniyaya ekstradisiya olunduğu təqdirdə, Aristidou ittihamlarla üzləşə bilər. Ümumiyyətlə, İŞİD tərəfində döyüşən şəxs terror aktına əsasən, maksimum cəza – ömürlük həbsə məhkum edilirlər.



Gələcək vəzifələr



Avropa hökumətlərinin xarici döyüşçülərin qayıtması ilə əlaqədar bir sıra problemlərlə üzləşməsi gözlənilir.

London Kral Kollecində Radikalizmin Araşdırması üzrə Beynəlxalq Mərkəzin eksperti Şiraz Mahir bildirib ki, Avropa məhkəmələri uzun müddət "hərbi cinayətlər törətmiş insanlar ilə məşğul olacaq": "Hökumətlər ölümcül hücumlar təşkil etmək bacarığına malik, İŞİD tərəfindən törədilən cinayətlərin şərik olmuş, yüksək təlim almış döyüşçülərindən gələn təhlükələrlə qarşılaşacaq".

Şiraz Mahir, həmçinin əlavə edib: "Hökumətlər İŞİD ərazisində doğulmuş uşaqların mənəvi və hüquqi məsələ ilə, o cümlədən onlara sığınacaq verilməsi ilə ciddi məşğul olmalı olacaq".

İŞİD insaydeləri "Guardian"a məlumat verib ki, şiddətli döyüşlərdən sonra fərarilərin sayı artıb. Terror təşkilatı üzvlətinin təxminən beşdəbiri Qərbi Avropa sakinləridir və təxminən 1200 nəfər hazırda Fransa ərazisində dolaşır.

ABŞ hakimiyyət orqanlarının dəyərləndirmələrinə görə, Suriyada təxminən 30 min xarici döyüşçü olub və koalisiyanın hava hücumları ilə onların çoxu öldürülüb.

İŞİD-in xarici döyüşçüləri arasında beş ölkə – Tunis, Səudiyyə Ərəbistanı, Rusiya, Türkiyə və İordaniya vətəndaşları çoxluq təşkil edir.



Tərcümə: Strateq.az
Tarix: 29-04-2017, 09:12
Xəbəri paylaş





Xəbər lenti