Soros AŞPA-nı dağıtmaq istəyir – Aqramunt

Soros AŞPA-nı dağıtmaq istəyir – Aqramunt AŞPA sədri Pedro Aqramuntla bağlı olan Suriya qalmaqalının təşkilatçısı ABŞ milyarderi Corc Sorosdur.
Axar.az xəbər verir ki, bu barədə informasiyanı Aqramuntun mətbuat xidməti yayıb.
“Aqramuntu ittiham edənlər bu maliyyə akulasından pul alanlardır. Avropada Stabillik Təşəbbüsləri və Sorosun digər təşkilatları AŞPA-nı məhv etmək istəyirlər”, – deyə bəyanatda bildirilib.
Qeyd edək ki, dünən AŞPA Aqramuntun onun adından bəyanat yaymasını qadağan edib. Aqramuntun de-fakto impiçment prosesi başladılıb.
Aqramunt AŞPA-dan xəbərsiz Suriyaya səfər etməkdə və Prezident Bəşər Əsədlə görüşməkdə ittiham edilir.
Tarix: 29-04-2017, 21:04
Xəbəri paylaş





Xəbər lenti