Tramp: İkimiz də bədbəxt olacağıq... - Çinə ismarış

Tramp: İkimiz də bədbəxt olacağıq... - Çinə ismarış ABŞ prezidenti Donald Tramp KXDR yeni raket sınağı keçirəcəyi təqdirdə buna reaksiyasının necə olacağı barədə sualdan yayınıb.

Teleqraf.com-un "RİA Novosti"yə istinadən xəbərinə görə, Tramp CBS telekanalına müsahibəsində Çin rəhbərliyinə mesaj göndərməkdən də qalmayıb.

"Əgər o, (KXDR lideri Kim Çen In) nüvə sınağı keçirsə, mən xoşbəxt olmayacağam. Deyə bilərəm ki, Çin Xalq Respublikasının sədri Si Tszinpin də xoşbəxt olmayacaq", - Tramp deyib.

Teleaparıcı bunun KXDR-ə qarşı hərbi əməliyyatlar keçiriləcəyi anlamı verib-vermədiyini dəqiqləşdirməyə çalışıb. Tramp suala cavabında "Mən bilmirəm, biz baxacağıq" deyib.

Nihad
Tarix: 30-04-2017, 09:10
Xəbəri paylaş





Xəbər lenti