«”Miçiqan” yerindən tərpəndiyi andaca…» - KXDR yenə ABŞ-ı hədələdi!

«”Miçiqan” yerindən tərpəndiyi andaca…» - KXDR yenə ABŞ-ı hədələdi! «AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Koreya Xalq Demokratik Respublikası (KXDR) Amerika Birləşmiş Ştatlarını (ABŞ) yenidən hədələyib. Pxenyanın yeni bəyanatı Yapon dənizində keçirilən hərbi-dəniz təlimləri ilə bağlıdır.

«ABŞ-ın «Miçiqan» sualtı qayığı yerindən tərpənməyə cəhd göstərəcəyi anda, suyun üzünə çıxa biləcəyi mümkün olmayan sualtı kabusa çevrilmək taleyi ilə qarşılaşacaq» – deyə, bu yaxınlarda Cənubi Koreyanın Pusan limanına daxil olmuş ABŞ atom sualtı qayığı barədə Şimali Koreyanın dövlət kütləvi informasiya vasitələri (KİV) yazırlar.

Xəbər verildiyi kimi, ABŞ hərbi-dəniz qüvvələrinin zərbə qrupu «Karl Vinson» aviadaşıyıcı gəmisi ilə birlikdə Yapon dənizinə daxil olub. Dünya mətbuatı tez-tez «Karl Vinson»un bu yerdəyişməsini KXDR-a zərbə endirmək imkanı ilə bağlayır. Amma zərbəni «Miçiqan» sualtı qayığı da endirə bilər – onun göyərtəsində 150 vahid «Tomaqavk» qanadlı raketi var.

Bundan başqşa, ABŞ-ın Quam adasındakı aviabazası da lap yaxınlıqdadır – zamanında, buradan bombardmançılar hətta İraqa qədər uçuşlar ediblər.

Vaşinqtonun xəbərdarlıqlarına baxmayaraq, KXDR ballistik raketlərin sınaqlarını davam etdirir. Dünənki sınaq, Kim Çen In hakimiyyətə gələndən sonrakı dövrdə sayca 75-cidir.

Artıq, növbəti həftə ABŞ və Yaponiyanın keçirdiyi təlimlərə Böyük Britaniyanın və Fransanın gəmiləri, o cümlədən, desant vertoloyotdaşıyan «Mistral» da qoşulacaq.

Siam.az
Tarix: 1-05-2017, 08:23
Xəbəri paylaş





Xəbər lenti