Dəniz Baykal “Hayırçı”ların vahid namizədi olur?- KILICDAROĞLU İLƏ KEÇMİŞ BAŞQAN ARASINDA "SÜRPRİZ" GÖRÜŞMƏ

Dəniz Baykal “Hayırçı”ların vahid namizədi olur?- KILICDAROĞLU İLƏ KEÇMİŞ BAŞQAN ARASINDA "SÜRPRİZ" GÖRÜŞMƏ Türkiyənin ana müxalifət partiyası olan CHP-də sürpriz görüşmə baş verib.
Gununsesi.info-nun Türkiyə mediasına istinadən xəbərinə görə, partiyanın keçmiş və indiki başqanları bir araya gəlib.
Belə ki, sabiq başqan Dəniz Baykal indiki sədr Kamal Kılıcdaroğludan CHP qərargahında görüşmək üçün ona zəng edib.
CHP sədri də görüş dəvətini qəbul edərək, sabiq başqanla partiyanın mənzil-qərargahında deyil, onun evində görüşüb.
Görüşdə müzakirə edilən məsələlər barədə geniş açıqlama verilməsə də, məlumatlara görə, keçmiş və indiki başqan arasında 16 aprel referndumundan sonta ölkədəki və CHP-dəki durum, təşkilat daxilində növbədənkənar qurultayla bağlı səslənən tələblər, həmçinin, 2019-cu ildə keçiriləcək prezident seçkiləri və seçkilərdə CHP daxil olmaqla, “Solçular”ın vahid namizədi məsələsi müzakirə predmeti olub.
Sızan xəbərlərə görə, CHP keçmiş başqan D. Baykalı adıçəkilən partiyanın və “solçular”ın vahid namizədi kimi, 2019-cu ildə prezidentliyə namizəd olaraq irəli sürə bilər.
Tarix: 1-05-2017, 10:21
Xəbəri paylaş





Xəbər lenti