Üçüncü Dünya müharibəsi hər an başlaya bilər - Yaponiya 72 il sonra...

 Üçüncü Dünya müharibəsi hər an başlaya bilər - Yaponiya 72 il sonra... Şimalı Koreya və ABŞ arasında davam edən gərginliyə cavab olaraq Yaponiya 72 il sonra bir ilkə imza atıb.

Metbuat.az bildirir ki, ölkənin ən böyük hərbi gəmisi “İzuma” okeana buraxılıb. Sözügedən hərbi gəmi ABŞ-ın Şimali Koreya sahillərində olan “USS Carl Vinson” təyyarə gəmisinə qoşulacaq.

BBC-nin verdiyi məlumata görə, Yaponiya gəmisi “USS Carl Vinson”u qorumaq üçün okeana buraxılıb.

Qeyd edək ki, Yaponiya İkinci Dünya müharibəsindən məğlub ayrıldığı üçün ölkə konstitusiyasına əsasən, 1945-ci ildən bəri heç bir hərbi addım atmayıb. İki il əvvəl konstitusiyada edilən dəyişiklikdən sonra ölkə ilk dəfə hərbi gəmisini okeana buraxıb.

Xəyalə Məmmədova
Tarix: 1-05-2017, 20:47
Xəbəri paylaş





Xəbər lenti