“Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasında ədalət varmı?”- PREZİDENTDƏN TƏPKİ

“Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasında ədalət varmı?”- PREZİDENTDƏN TƏPKİ Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Hindistana səfəri zamanı BMT-ni sərt şəkildə tənqid edib.
Gununsesi.info-nun Haber7-yə istinadən məlumatına görə, Ərdoğan BMT və onun Təhlükəsizlik Şurasını ədalətsizlikdə suçlayıb.
“Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasından gözlənilən nədir? Ədalətdir.
Amma Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasında ədalət varmı? Əsla belə bir şey yoxdur. Ərdoğan bunu söylədiyi zaman sərt olur, sevilməz olur. Tamam, biz kimə özümüzü sevdirəcəyik? Biz dünya mağdurlarına, məzlumlarına özümüzü sevdirə biliriksə, bu, bizə yetər” – deyə, o, sözlərinə əlavə edib.
Kamil HƏMZƏOĞLU
Tarix: 1-05-2017, 20:54
Xəbəri paylaş





Xəbər lenti