ABŞ NATO nizamnaməsini pozur – PKK-nı ağır silahlarla təmin edir

ABŞ NATO nizamnaməsini pozur – PKK-nı ağır silahlarla təmin edir ABŞ Suriya sərhədində Türkiyəyə təhdid təşkil edən PKK-ya göstərdiyi hərbi yardımlarla möhkəmləndirir.

Avropa.info xəbər verir ki, NATO nizamnaməsinə görə, Türkiyənin təhlükəsizliyini təmin etmək məsuliyyəti daşıyan ABŞ götürdüyü öhdəlikləri pozur.

ABŞ-ı dünya arenasında ön plana çıxaran NATO təşkilatının təsis nizamnaməsində alyans üzvlərinin kütləvi şəkildə təhlükəsizliyinin təmin edilməsi üçün səylərini birləşdirməsi nəzərdə tutulur.

ABŞ isə PKK-nın Suriyanın beşdə birinə yayılıb Türkiyə üçün böyük bir təhdidə çevrilməsinə səbəb oldu. NATO nizamnaməsi hücuma məruz qalan müttəfiqlərə hərbi yardımı nəzərdə tutarkən, PKK NATO üzvü Türkiyəyə hücum edir, həm də NATO üzvü ABŞ-dan silah alır.
Tarix: 1-05-2017, 21:33
Xəbəri paylaş





Xəbər lenti