Avropanın göbəyində “Ərdoğana ölüm” şüarları : Maskalı bir qrup Türkiyə konsulluğuna hücum etdi , polis müdaxiləyə ehtiyac duymadı (Foto)

Avropanın göbəyində “Ərdoğana ölüm” şüarları : Maskalı bir qrup Türkiyə konsulluğuna hücum etdi , polis müdaxiləyə ehtiyac duymadı (Foto) Türkiyənin Sürixdə yerləşən Baş Konsulluğuna üzləri maskalı bir qrup tərəfindən hücum təşkil olunub.
Avropa.info xəbər verir ki, İsveçrənin Sürix şəhərində yerləşən Türkiyə Baş Konsulluğunun önünə gələn üzləri maskalı bir qrup əllərindəki boyaları konsulluğun şüşə və divarına atıb. Hücum zamanı binada heç kimsə olmasa da, binaya maddi ziyan dəyib.
Qrup Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan əleyhinə şüarlar səsləndiriblər. Maskalılar binanın ətrafına “Ərdoğana ölüm” (Kill Erdogan) yazılarının yazıblar.

Hücumu həyata keçirən qrupun terror təşkilatı PKK tərəfdarı olduğu yönündə şübhələr var.
Polis maskalı şəxsləri sakit bir şəkildə müşahidə edib, yalnız qrup dağıldıqdan sonra, Konsulluq ətrafında koridor qurulub. Avropanın göbəyində “Ərdoğana ölüm” şüarları : Maskalı bir qrup Türkiyə konsulluğuna hücum etdi , polis müdaxiləyə ehtiyac duymadı (Foto)
Avropanın göbəyində “Ərdoğana ölüm” şüarları : Maskalı bir qrup Türkiyə konsulluğuna hücum etdi , polis müdaxiləyə ehtiyac duymadı (Foto)
Tarix: 2-05-2017, 09:26
Xəbəri paylaş





Xəbər lenti