ABŞ-dan Ermənistana gözlənilməz HƏDƏ: SARKİSYAN ŞOKDA

ABŞ-dan Ermənistana gözlənilməz HƏDƏ: SARKİSYAN ŞOKDA Ermənistanda parlament seçkilərində pozuntulara cəlb olunan şəxslərin ABŞ hökuməti tərəfindən maliyyələşdirilən proqramlarda iştirakı qadağan ediləcək.
Publika.az xəbər verir ki, bu haqda ABŞ-ın Ermənistandakı səfiri Riçard Millz 168.am saytına bildirib.
Onun sözlərinə görə, Amerika hökuməti aprelin 2-də keçirilən seçkilərdə rüşvət hadisələri, inzibati resursların tətbiqinin geniş yayılması və seçicilərə təzyiqlər barədə etibarlı xəbərləri alırdı.
“Bu, beynəlxalq cəmiyyətin digər nümayəndələrinin qeydləri ilə uyğun gəlir. Biz hökuməti pozuntulara aid bütün bəyanatlar və sübutlar üzrə geniş araşdırma aparmağa çağırdıq”, - diplomat deyib.
Qeyd edək ki, seçkilərin nəticəsi olaraq 4 siyasi partiya və blok parlamentə keçib. Prezidenti Serj Sarkisyanın başçılıq etdiyi Respublika Partiyası 49, “Tsarukyan” bloku 27, “Yelk” bloku 7,8, “Daşnaksutyun” partiyası isə 6,6 faiz səs toplayb.
Ermənistan Konstitusiya Məhkəməsi “Erməni Milli Konqresi”nin müxalifət blokunun lideri Levon Ter-Petrosyanın seçkilərin nəticələrinin ləğv edilməsi haqqında iddiasını rədd edib.
Ömər
Tarix: 2-05-2017, 13:24
Xəbəri paylaş





Xəbər lenti