İrana inanılmaz zərbə: HƏMAS İsraili məhv etmək planından imtina etdi

İrana inanılmaz zərbə: HƏMAS İsraili məhv etmək planından imtina etdi Siam.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə məlumat HƏMAS-ın yeni elan edilən doktrinasında yer alıb. Yeni sənəddə HƏMAS əvvəlki kimi İsrailin mövcudluq haqqını tanımır, amma eyni zamanda, yəhudi dövlətinə qarşı silahlı mübarizədən də imtina edir.

Doktrinada həmçinin Qəzza sektoru, Şərqi Qüdsdən ibarət 1967-ci il sərhədləri çərçivəsində vahid Fələstin dövlətinin yaradılması istənilir.

HƏMAS nümayəndələri yeni sənəddə Müsəlman Qardaşları təşkilatı ilə əlaqələrini dayandırdıqlarını bildiriblər. Bunun qarşılığında onlar Fars körfəzinin ərəb ölkələri və Misirlə münasibətlərini yaxşılaşdırmağı hədəfləyiblər. HƏMAS bununla həm də Avropa dövlətlərinin özünə qarşı mövqeyini dəyişməyi planlaşdırır.

Qeyd edək ki, HƏMAS 1987-ci ildə yaradılıb. Təşkilat 1988-ci ildə əsas hədəfinin İsrailin məhv edilməsi olduğunu bildirib. 2007-ci ildən təşkilat Qəzza sektorunu idarə edir. HƏMAS-ın son zamanlar siyasi qanadı Türkiyə, hərbi qanadının mühüm hissəsi isə İranın nəzarətindədir.
Siam.az
Tarix: 2-05-2017, 13:44
Xəbəri paylaş





Xəbər lenti