«Nüvə silahını azaldın!» - Böyük dövlətlərə çağırış

«Nüvə silahını azaldın!» - Böyük dövlətlərə çağırış AzPolitika.info xarici KİV-ə istinadla xəbər verir ki, İsveç və Finlandiya dövlətləri dünya güclərinə nüvə silahını azaltmaq barədə çağırış edib.

«Nüvə gücləri vədlərinə əməl etməli və nüvə silahı arsenalının azaldılmasına yönəlik yeni öhdəliklər götürmək barədə razılığa gəlməlidirlər» – deyə, sözügedn dövlətlərin xarici işlər nazirləri – Marqot Valstrem və Timo Soyni «Svenska Dagbladet» və «Huvudstadsbladet» nəşrləri üçün birgə yazılmış məqalədə çağırış ediblər. Xəbəri «yle.fi» yayıb.

Soyni və Valstrem qeyd edirlər ki, beynəlxalq siyasi səhnədə vəziyyət gərgindir və ölkələr arasında qarşıdurma artır. Onların sözlərinə görə, nüvə silahının yayılmaması Müqaviləsinə baxılmaq üçün 2020-ci ildə Vyanada keçirilməsi gözlənilən Konfransda onlar diskusiya atmosferinə təsir göstərməyə çalışacaqlar ki, tədbir qarşılıqlı inam və anlaşma əsasında keçsin.

Nazirlərin fikrincə, müqavilə nüvə silahına malik olan ölkələrin dairəsinin genişlənməsinin qarşısını alan başlıca vasitədir. Bununla yanaşı, onlar etiraf edirlər ki, nüvə silahı olmayan dünya hələ ki, uzaq hədəf olaraq qalır.
«ABŞ və Rusiya özlərinin nüvə arsenalını əhəmiyyətli dərəcədə azaldıblər, ancaq bu dövlətlərin hələ də əldə qalan silahları planetimizdə bizim bildiyimiz həyatı məhv etəməyə çatar» – deyə, nazirlər qeyd ediblər.

Məlumat üçün bildirək ki, nüvə silahının yayılmaması barədə Müqaviləni 189 ölkə, o cümlədən, ABŞ, Rusiya, Böyük Britaniya, Fransa və Çin imzalayıb. İsrail, Hindistan, Pakistan və Şimali Koreya müqavilə iştirakçısı deyil.

Siam.az
Tarix: 5-05-2017, 07:59
Xəbəri paylaş





Xəbər lenti