İstanbul merinin FETÖ-yə görə həbs olunan kürəkəni sərbəst buraxıldı

İstanbul merinin FETÖ-yə görə həbs olunan kürəkəni sərbəst buraxıldı Türkiyədə FETÖ ilə bağlı iş adamlarına qarşı aparılan istintaq tədbirləri çərçivəsində həbs olunan İstanbul şəhərinin meri Kadir Topbaşın kürəkəni Ömər Faruk Kavurmacı sərbəst buraxılıb.

“Qafqazinfo”nun “NTV”yə istinadən verdiyi xəbərə görə, Kavurmacı səhhətində yaranmış problemə görə azadlığa çıxıb.

İstanbul Cumhuriyyət Baş Prokurorluğu Terror və Mütəşəkkil Cinayətlər Şöbəsi məhkəmənin bu qərarına etiraz məqsədilə iddianamə hazırlayıb, lakin etiraz Sülh Cəza Məhkəməsi tərəfindən rədd edilib.

İddianamədə biznesmenin “silahlı terror təşkilatına üzv olmaq (FETÖ/PDY)” cinayətinə görə 15 ilə qədər həbsi tələb olunub.

Xatırladaq ki, Ö. F. Kavurmacı 2016-cı il sentyabrın 8-də həbs olunmuşdu.

Siam.az
Tarix: 5-05-2017, 08:14
Xəbəri paylaş





Xəbər lenti