Məmur iclasa sərxoş gəldi - Video

Məmur iclasa sərxoş gəldi - Video O, gün ərzində gah insanlara, gah da mebellərə dəyib

Avropa Komissiyasının prezidenti Jan Klod Yunker Cenevrədə keçirilən sammitə sərxoş gəlib. İstiPress-in məlumatına görə, bu barədə "The Sun" yazıb.

Sammit Kipr probleminin (1974-cü ildə Kipr iki hissəyə bölünüb) həllinə həsr edilib.

Məlumata görə, qurum prezidenti iclas ərzində gah insanlarla, gah da binadakı mebellərə toxunmadan hərəkət edə bilməyib. Onun köməkçiləri ilə ünsiyyəti də olduqca açıq-saçıq olub.

"Aydın idi ki, Yunkerin vəziyyəti çox "yaxşı" olub", - deyə qəzetin mənbəsi bildirib.

Komissiyanın rəsmisini ilk dəfə deyil ki, belə vəziyyətdə görüntülənib. İki il öncə də internetdə onun siyasətçilərlə əylənməsini, onları öpməsini, zarafatala sillələməsinin görüntüləri yayılmışdı.
Tarix: 6-05-2017, 13:20
Xəbəri paylaş





Xəbər lenti