Qorxunc hadisə: Lunaparkda əyləncə vasitəsinin kəndiri qopdu VİDEO

Qorxunc hadisə: Lunaparkda əyləncə vasitəsinin kəndiri qopdu VİDEO 10 yaralı var

Türkiyənin Konya şəhərində, lunaparkda “Adrenalin Qülləsi” adlı əyləncə vasitəsinin kəndiri qırılıb.


İstiPress “Anadolu”ya istinadən xəbər verir ki, qorxunc hadisə nəticəsində 10 nəfər yaralanıb.

İlkin məlumata görə, əyləncə vasitəsində 17 nəfər olub. 25 metr hündürlüyə qalxan əyləncə vasitəsinin kəndiri, təxminən 2 metr yüksəkdə qopub.

Yaralıların vəziyyətinin orta ağır olduğu deyilir.

Polis hadisə yerində araşdırmaya başlayıb.

Kəndirin qopma anı mobil telefon vasitəsilə çəkilib. Həmin görüntüləri təqdim edirik:
Tarix: 7-05-2017, 17:02
Xəbəri paylaş





Xəbər lenti