Tükiyədən PKK-ya böyük zərbə...

Tükiyədən PKK-ya böyük zərbə... Türkiyə Silahlı Qüvvələrinin Şırnak rayonunun Beytüşşebap ilçəsindəki Kato Dağı bölgəsində başlatdığı irimiqyaslı əməliyyatın 19-cü günündə PKK-nın Türkiyədəki əsas silah və mühimmat bazası olduğu bildirilən 25 mağara təsbit edilib.

Musavat.com xəbər verir ki, bu barədə məlumat "Hürriyət"-də yer alıb.

Bildirilir ki, PKK-nın logistika dəstəyinə Şırnakda son illərin ən böyük zərbəsi vuruldu. Əldə olunan silah, təhcizat və mühimmatın bu günə qədər icra olunan Terrorla Mübarizə Hərəkatı (TMH) əməliyyatlarında bir səfərdə qruplaşmadan alınan ən çox ləvəzimat olduğu bildirilir.

Aygün SƏFƏRLİ
Tarix: 8-05-2017, 07:59
Xəbəri paylaş





Xəbər lenti