ABŞ hərbçiləri İŞİD rəhbərinin öldürülməsini təsdiqləyiblər

ABŞ hərbçiləri İŞİD rəhbərinin öldürülməsini təsdiqləyiblər İŞİD rəhbəri Abdul Hasib əfran və ABŞ hərbçilərinin aprelin 27-də birgə keçirdiyi əməliyyatın gedişində məhv edilib.

"Report" xəbər verir ki, bu barədə "Reuters" ABŞ Hərbi Qüvvələrinin Əfqanıstandakı komandiri Con Nikolsona istinadən məlumat yayıb.

"Bu birgə uğurlu əməliyyat bizim İŞİD-in məhvi kampaniyasında bizim uğura doğru növbəti addımımızdır" – deyə Nikolson bildirib.

Bundan əvvəl isə Hasibin məhv edilməsi haqda Əfqanıstan prezidenti Əşrəf Qəni xəbər verib. Əfqan hakimiyyəti hesab edir ki, Hasib ölkədə müxtəlif terror hücumlarının təşkilində iştirak edib.
Tarix: 8-05-2017, 08:10
Xəbəri paylaş





Xəbər lenti