Həkimlər və yol polisləri rüşvətxorluqda lider oldular... - Rəzalət

Həkimlər və yol polisləri rüşvətxorluqda lider oldular... - Rəzalət Prezidenti neçə nəfər korrupsioner hesab edir?

Ölkənin əsas korrupsionerləri həkimlər, sonra isə yol polisləridir.

Moderator.az “İzvestiya” nəşrinə istinadla xəbər verir ki, söhbət Rusiyadan gedir. Bu nəticəyə iki gün ərzində keçirilmiş tekefon sorğusundan sonra məlum olub. Yol Təhlükəsiziyi Dövlət Müfəttişliyi günü münasibətilə keçirilən sorğuda 1000-dən çox rusiyalı iştirak edib. “Yol müfəttişlərinin işini necə dəyərləndirirsiz?”. Respondentlərin 52 faizi yol polislərinə “etibar edirik”, 41 faizi isə “etibar etmirik” cavabını verib.


Sorğunun nəticələri göstərib ki, 2017-ci ildə yol polisində korrupsiya səviyyəsi xeyli aşağı enib. 2015-ci ildə respondentlərin 32 faizi, 2016-cı ildə isə 26 faizi yol polisi müfəttişliyini ən korrupsiyalaşmış dövlət qurumu hesab ediblər.

Bu dəfəki sorğuda korrupsiya üzrə lider həkimlər olub. Soruşulanların 27 faizi hesab edir ki, ölkədə daha çox həkimlər rüşvət alır. Bundan əlavə, respondentlər korrupsiyalaşmış sahələr siyahısına mənzil-kommunal təsərrüfatı(22 %), məhkəmə sistemi(18 %), yerli hakimiyyət (17 %), polis(16 %) və təhsil sistemini (12 %) daxil ediblər.

Sorğuya görə, ən az korrupsiyalaşmış qurumlar isə siyasi partiyalar(3%) və ordudur(1 %).

Maraqlıdır ki, sorğu iştirakçılarından heç biri prezident Vladimir Putini korrupsiyalaşmış hesab etməyiblər.

Siam.az
Tarix: 3-07-2017, 21:21
Xəbəri paylaş





Xəbər lenti