Axtarışda olan oliqarx Londonda ölü tapıldı

Axtarışda olan oliqarx Londonda ölü tapıldı Rusiyadan 10 milyard rubldan çox vəsait çıxarmaqda ittiham edilən iş adamı Vladimir Şerbakovun meyiti tapılıb. Virtualaz.org xəbər verir ki, bu barədə sahibkarın iş ortaqları məlumat yayıblar. “Republic” nəşrində olan informasiyaya əsasən, Şerbakov intihar edib.

Son illər ərzində o, Rusiya hüquq-mühafizə orqanlarından Böyük Britaniyada gizlənirdi. Bu yaxınlara qədər iş adamı külli miqdarda pulu Rusiya hüdudlarından kənara çıxardığı üçün beynəlxalq axtarışda idi. İyul ayının əvvəlində isə Rusiya DİN “cinayət tərkibinin olmaması” üzündən işi bağladığını bildirmişdi.

London polisi hələlik iş adamının ölüm xəbərini təsdiqləməyib.
Tarix: 6-07-2017, 00:08
Xəbəri paylaş





Xəbər lenti