Dünyanın ən dindar və ateist ölkələri məlum oldu- Yeni siyahı

Dünyanın ən dindar və ateist ölkələri məlum oldu- Yeni siyahı BMT-nin İnsaq Haqları Komissiyası və başqa aidiyyatı qurumları dünya ölkələrindəki dini azadlıq və tolerantlığı öyrənmək üçün xüsusi araşdırmalar aparıblar. İldə iki dəfə aparılan monitorinqin yeni nəticələri açıqlanıb.

Moderator.az xəbər verir ki, dünyanın ən dindar və ən ateist 5 dövləti arasında son siyahı ilə müqayisədə o qədər də ciddi fərq olmayıb. Yenə də dünyanın ən inanclı ölkəsi Afrika qitəsindəki Efiopiyadır. İlk beşliyi Niger, Malavi, Şri-Lanka və Yəmən qapayır. Bunlardan üçü İslam, ikisi isə buddizmə tapınır. Qeyd edək ki, siyahıya alınmada ölkə əhalisinin də nisbəti əsas götürülüb. Məsələn, elə ölkə var ki, orada İslama tapınanlar təbii ki, siyahının lideri Efiopiyadan çoxdu. Lakin burada ölkə əhalisinin say nisbəti dindarların say nisbətinə görə müqayisə edilir və bu müqayisə əsas götürülür.
Ən az inanclı insanların yaşadığı ölkələrin ilk beşliyində 3 Avropa dövləti var: Norveç, İsveç və Estoniya. Norveç əhalisinin 14, İsveçin 19, Estoniyanın isə 16 faizi ateistdirlər.

Uzaq Şərqin iki nəhəngi – Yaponiya və Çin isə siyahıya başçılıq edir. Yaponiyada əhalinin yalnız 13, Çində isə vur-tut 7 faizi dindar təbəqədir.

Siam.az
Tarix: 6-07-2017, 16:40
Xəbəri paylaş





Xəbər lenti