Moskvadan ULTİMATUM: “Dərhal tərk edin, əks halda...”

Moskvadan ULTİMATUM: “Dərhal tərk edin, əks halda...” Rusiya PYD terror təşkilatına (PKK terror təşkilatının Suriya qolu - red.) "Afrini dərhal tərk edin!” şəklində ultimatum verib.

Publika.az xəbər verir ki, bu haqda "Haber7” saytının yazarı Taha Dağlı bildirib.
Ultimatumun Rusiyanın müdafiə naziri Sergey Şoyqunun iyunun 2-də Ankarada Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşündən sonra verildiyi deyilir. Taha Dağlının sözlərinə görə, Moskva PYD-dən Afrini tərk etməyi tələb edib, əks halda Türkiyənin Afrinə müdaxiləsinə səssiz qalacağını bildirib.
Rusiyanın diplomatik mənbələrin verdiyi məlumata görə, Afrin əməliyyatdan sonra təhlükəsiz bölgə olacaq. Burada Türkiyə və Rusiya hərbiçilərinin birgə təhlükəsizliyini təmin edəcəyi İdlib modeli tətbiq olunacaq. Bir neçə gün əvvəl isə sosial şəbəkələrdə Rusiya hərbiçilərinin Afrindən çəkildiyini göstərən fotolar yayılıb. Afrin Hələb vilayətinin bir mahalıdır.
Moskvadan ULTİMATUM: “Dərhal tərk edin, əks halda...”


Mahal Suriyanın şimalındakı PYD üçün strateji nöqtə hesab olunur. Afrin "kürd dəhlizi”nin tamamlanması üçün də əhəmiyyətli bölgə sayılır.
Türkiyə artıq "kürd dəhlizi” planına ötən il avqustun 24-də başladığı "Fərat Qalxanı” hərəkatı ilə ağır zərbə vurub. Hərəkat nəticəsində Afrin və Kobani arasındakı ərazi - Azez-Cerablus xətti təmizlənib.


Siam.az
Tarix: 6-07-2017, 17:26
Xəbəri paylaş





Xəbər lenti