Kiyev qisas əməliyyatına başladı - Bir gündə ikinci partlayış

Kiyev qisas əməliyyatına başladı - Bir gündə ikinci partlayış Bu gün separatçıların nəzarətində olan Ukraynanın Luqansk şəhərinin mərkəzində ikinci partlayış baş verib.
Publika.az “İnterfaks” agentliyinə istinadən xəbər verir ki, ilkin məlumatlara görə, avtomobil partladılıb.
Həlak olanlar və yaralananlar haqqında informasiya dəqiqləşdirilir.

Birinci partlayış isə bir neçə saat əvvəl baş verib. Partlayış nəticəsində beş nəfər yaralanıb, biri ölüb.
“Terror aktı nəticəsində Luqansk Xalq Respublikasının xalq milisinin tibb xidmətinin kapitanı həlak olub, beş nəfər, həmçinin mülki vətəndaşlar yaralanıb”, - “Luqansk Xalq Respublikası” separatçı qurumun “xalq milisi”nin nümayəndəsi Andrey Maroçko bildirib.
Qeyd edilir ki, əldəqayırma partlayıcı qurğu işə salınıb.
Partlayışlar Ukraynanın Kiyev, Mariupol və Odessa şəhərlərində həyata keçirilən analoji terror aktlarına cavab kimi qiymətləndirilir.
Qeyd edək ki, son günlər Ukraynada səs-küylü sui-qəsdlər həyata keçirilir. Sui-qəsdlər zamanı eyni üsuldan istifadə olunur, yəni, avtomobillər partladılır. İyunun 27-də səhər saatlarında Kiyevin mərkəzində polkovnik, Ukraynanın hərbi kəşfiyyatının elit bölməsinin komandiri Maksim Şapalovun maşını partladılıb. Növbəti gün isə Ukraynanın şərqinə səfər zamanı Ukrayna Təhlükəsizlik Xidmətinin polkovniki avtomobili partladaraq qətlə yetirilib.
İyulun 3-də isə Ukraynanın Odessa şəhərində keçmiş deputata məxsus “Toyota Camry” avtomobili partladılıb. Hadisə yerində işləyən operativ qrup avtomobilin plastik korpusda yerləşdirilən və radioqəbuledici ilə idarə olunan əldəqayırma partlayıcı qurğu ilə partladıldığını müəyyənləşdirib.
Ukrayna Müdafiə Nazirliyinin sabiq başçısı Anatoli Qritsenko Rusiya ərazisində avtomobilləri partlatmağa çağırıb. Sabiq nazirin sözlərinə görə, bu, Kiyev və Mariupolda avtomobillərin partladılmasına cavab olmalıdır.
“Bu, müharibədirsə, deməli, Kiyev və ya Mariupolda partladılmış hər avtomobilin əvəzində Moskva və ya Taqanroqda iki avtomobil partladılmalıdır”, - Qritsenko söyləyib.
Ömər
Tarix: 7-07-2017, 21:36
Xəbəri paylaş





Xəbər lenti