«ABŞ-da 150-yə yaxın Rusiya kəşfiyyatçısı fəaliyyət göstərir» – ABŞ xüsusi xidmətləri

«ABŞ-da 150-yə yaxın Rusiya kəşfiyyatçısı fəaliyyət göstərir» – ABŞ xüsusi xidmətləri AzPolitika.info xarici KİV-ə istinadla xəbər verir ki, Amerika Birləşmiş Ştatlarının (ABŞ) xüsusi xidmətləri bəyan edirlər ki, hazırkı vəziyyətə, bu ölkədə 150-ə yaxın Rusiya kəşfiyyatçısı fəaliyyət göstərir.

Bu barədə «CNN» telekanalına ABŞ xüsusi xidmətlərindəki çoxsaylı mənbələr danışıblar. Onlar qeyd edirlər ki, Donald Tramp prezident seçiləndən sonrakı dövrdə Moskva ABŞ-da kəşfiyyat fəaliyyətini gücləndirib.


Ötən ilin dekabrında ABŞ hakimiyyəti 35 Rusiya diplomatını ölkədən çıxardan sonra, Rusiya kəşfiyyatı öz sıralarını doldurmağa başlayıb.

«CNN» kanalının mənbələri təsdiqləyirlər ki, ABŞ-da Rusiyalı kəşfiyyatçı zabitlərin sayı Rusiyanın digər ölkələrdə saxladığı kadrlardan qat-qat artıqdır.

ABŞ xüsusi xidmətlərini narahat edən odur ki, ölkədəki Rusiya casusları məxfi informasiyalara girişi olan amerikalılar daha çox maraqlandırır.

Bəzi hallarda kəşfiyyatçılar belə informasiyalara girişi nəzərdə tutan işlərə düzəlməyə cəhd göstərirlər. Kanalın mənbələri bildirirlər ki, buna baxmayaraq, Dövlət Departamenti (DD) ehtimal olunan casuslara müvəqqəti vizalar verməkdən davam edir.

Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) sabiq əməkdaşı Stiv Hollun fikrincə rusiyalı kəşfiyyatçılar Moskva üçün Trampın proqnozagəlməz yeni administrasiyası barədə əlavə informasiyalar axtara bilərlər.

DD-nin keçmiş spikeri Con Kirbinin sözlərinə görə, ABŞ heç də həmişə casusluqda şübhəli bilinən rusiyalılara viza verməkdən imtina edə bilmir, çünki xüsusi xidmətlər üçün onların günahını təsdiqləyən yetərincə sübutlar olmur.

Tarix: 8-07-2017, 08:43
Xəbəri paylaş





Xəbər lenti