Vəzifəyə yeni seçilmiş şəxs kabinetində özündən əvvəlki məmurun gizlətdiyi xəzinəni

Vəzifəyə yeni seçilmiş şəxs kabinetində özündən əvvəlki məmurun gizlətdiyi xəzinəni İtaliyanin Valle-d’Aosta muxtar vilayətinin yeni seçilmiş prezidenti Pyerluici Markuis iş otağında gizlədilmiş 25 min avro tapıb.

Virtualaz.org yerli Quotidiano.net portalına istinadən xəbər verir ki, son 9 il ərzində vilayətə Auqusto Rollandin başçılıq edib.

Qeyd olunduğuna görə, əskinaslarla dolu saxlanc prezidentin iş stolunun altında aşkar edilib. Markuis tapıntı ilə bağlı polisə məlumat verib.

Müstəntiqlər hazırda bu qədər pulun prezidentin otağına necə düşməsini və vəsaitin mənbəyini araşdırırlar.
Siam.az
Tarix: 8-07-2017, 12:39
Xəbəri paylaş





Xəbər lenti