Şimali Koreya liderindən ABŞ-a təhdid: Şimali Amerika materikini yox edərik

Şimali Koreya liderindən ABŞ-a təhdid: Şimali Amerika materikini yox edərik Şimali Koreya lideri Kim Çen İn yenidən ABŞ-ı təhdid edib. Modern.az xarici mediaya istinadən xəbər verir ki, Kim Çen İn Şimali Amerika materikini yox edə bilmək güçündə olduqlarını açıqlayıb.
O bildirib ki, nəinki, ABŞ-ı, hətta müttəfiqlərini də məhv etmək Pxenyan üçün olduqca asandır: “ABŞ gücümüzü görəcək. ABŞ-ı və əlaltılarını yox etmək uşaq oyuncağıdır”.
Qeyd edək ki, ABŞ-la Cənubi Koreyanın birgə təlimləri Pxenyanı narahat etməyə başlayıb.

Tarix: 8-07-2017, 21:58
Xəbəri paylaş





Xəbər lenti