Monqolustan da demokratik seçki keçirdi

Monqolustan da demokratik seçki keçirdi Monqolustan yaşlı nəsil üçün Moskvanın “Vremya” proqramından Monqolustan dövlət başçısı Yumjagin Sedenbalın hərdən Moskvaya gəlib Brejnevlə öpüşüb görüşməsi ilə, ilk monqol kosmanavtı Juqderdemedi Qurraqça ilə, bir də.., xoş olmayan “küt monqol” ifadəsi ilə yadda qalıb.

Monqolustanı çox vaxt SSRİ-nin 16-cı müttəfiq respublikası sayanlar var idi. Həmən Monqolustan indi xeyli inkişaf edib. Ən əsası demokratik idarəetmə sisteminə - Konstitusiyaya malikdir.

Moderator.az xəbər verir ki, bu gün Monqolustan yeni prezidentini seçdi. Müxalifət lideri Demokrat partiyasının namizədi Xaltmaagin Battulqa prezident seçildi.

Əvvəlki prezident Saxiagin Elbeydorc iki dəfə seçildiyi üçün seçkilərdə iştirak etməyib. Prezidentlik müddəti Monqolustanda 4 ildir. "Küt" dediyimiz monqol əslində çox ağıllıdır.
Tarix: 9-07-2017, 07:50
Xəbəri paylaş





Xəbər lenti