Ermənilər ayağa qalxdı: Qarabağa gedən yol bağlandı

Ermənilər ayağa qalxdı: Qarabağa gedən yol bağlandı Bu gün Ermənistanın Qeqarkunski vilayətində etiraz aksiyaları başlayıb.

Cebhe.info yerli mətbuata istinadən bildirir ki, aksiyaçılar İrəvandan Qarabağa gedən yolu bağlayıblar.

Bu barədə jurnalistlərə Astxadzor kənd nümayəndəsi Robert Xaçatryan məlumat verib.

Onun sözlərinə görə, aksiyaya səbəb kənd sakinlərinin üzəşdikləri problemlərdir. Belə ki, ərazidə içməli və suvarma suyu yoxdur: “Biz bu məsələni dəfələrlə qaldırmışıq, amma heç nə etmirlər. Kəndlilər mənə xəbərdarlıq etmədən bu gün yolu bağlayıblar. Ancaq mən ora getməyəcəyəm və heç kəsə də heç nə deməyəcəyəm. Çünki hər dəfə söz veririk və vədi yerinə yetirmirik, mən insanları aldatmağı sevmirəm", - deyə Xaçatryan bildirib.

Onun sözlərinə görə, içməli su problemi dərin quyulardan istifadə yolu ilə həll edilir. Ancaq kənddə su ancaq 1 saat verilir: "Beş min əhali var, ancaq su cəmi 1 saat verilir. Suvarma suyu olmadığından əkdiyimiz kartof zay olub".
Tarix: 10-07-2017, 14:45
Xəbəri paylaş





Xəbər lenti