Qətər dünyaya meydan oxudu: “340 milyard dollarımız var”

Qətər dünyaya meydan oxudu: “340 milyard dollarımız var” Ərəb ölkələri ilə problemləri dərinləşən və böhranın hələ də aradan qalxmadığı Qətər dünyaya meydan oxuyub.

Cebhe.info xəbər verir ki, ərəb ölkələrinin embarqosu ilə üzləşən Qətərin Mərkəzi Bankının rəhbəri Şeyx Abdullah Bin Səud əl-Tani embarqoya hazır olduqlarını və 340 milyard dollar sərvətlərinin olduğunu açıqlayıb.


Bank rəhbəri bildirib ki, Mərkəz Bankın rezervində 40 milyard dollar və qızıl, Qətər İnvestisiya Fondunda isə nağda çevrilə biləcək 300 milyard dollarlıq sərvət var.

Bu qədər sərvətlə embarqoya duruş gətirməyin mümkünlüyünü deyən bank rəhbəri "Hər cür şoka qarşı ehtiyatımız var",- deyə vurğulaıyb.

Qətərə investisiya qoymaqda da heç bir problem olmadığını deyən Əl-Tani ötən ay ölkədən çıxarılan investisiyanın 6 milyard dollardan az olduğuna işarə edib.

Xəzər
Tarix: 10-07-2017, 14:58
Xəbəri paylaş





Xəbər lenti