Ukraynaya səfər etmək çətinləşdi

Ukraynaya səfər etmək çətinləşdi Ukrayna ölkəyə gələn bütün xarici vətəndaşlar üçün biometrik nəzarət sistemini tətbiq edəcək.
Trend-in məlumatına görə, bunu Ukrayna prezidenti Pyotr Poroşenko Milli Təhlükəsizlik və Müdafiə Şurasının iclasında deyib.

Onun sözlərinə görə, sərhədi keçən hər bir xarici vətəndaşdan biometrik məlumatlar, o cümlədən barmaq izləri, rəqəmsal fotoşəkil alınmalıdır.
P.Poroşenko qeyd edib ki, bu tədbirlər terrorçuluqla mübarizə imkanlarını gücləndirəcək və cəmiyyət tərəfindən yaxşı qarşılanacaq.
Siam.az
Tarix: 10-07-2017, 21:28
Xəbəri paylaş





Xəbər lenti