Ukraynaya 16 ölkənin hərbi qüvvələri yeridilib

Ukraynaya 16 ölkənin hərbi qüvvələri yeridilib Ukraynada Sea Breeze-2017 birgə təlimdə 16 ölkədən 3 min hərbçi iştirak edəcək. Bu barədə Kiyevdə keçirilən brifinqdə Ukrayna müdafiə nazirinin mətbuat katibi Dmitri Qutsulyak məlumat verib. Onun sözlərinə görə, dəniz təlimlərinin əsas mövzusu böhranlı regionda təhlükəsizliyin təmin edilməsidir. “Təlimlərə 31 gəmi və kater, 29 uçan aparat, 3 mindən çox şəxsi heyət üzvü cəlb edilib. Təlimlər Odessa və Nikolayevsk vilayətləri ərazisində, həmçinin Qara dənizin müəyyən hərbi poliqonlarında keçiriləcək.
Təlimlər iyulun 23-ə qədər davam edəcək.

Fizzə
Tarix: 11-07-2017, 16:06
Xəbəri paylaş





Xəbər lenti