Avropa İttifaqı ABŞ-ı "ticarət müharibəsi" ilə hədələdi

 

Avropa Komissiyasının sədri Jan-Klod Yunker ABŞ prezidenti Donald Trampın polad və alüminium idxalına gömrük rüsumlarının tətbiq olunması qərarına qarşı cavab tədbirləri atıla biləcəyini deyib.

Trend-in məlumatına görə, J-K.Yunker ABŞ-ın bu qərarından təəssüfləndiyini bildirib.

O qeyd edib ki, ABŞ öz bazarının müdafiəsi naminə dünya bazarına müdaxilə edir.

Hazırda Avropa İttifaqının cavab tədbirləri gördüyü açıqlanıb.

Qeyd edək ki, D.Tramp ABŞ-a idxal olunan polada 25 faiz, alüminiuma 10 faiz həcmində gömrük rüsumunun tətbiq ediləcəyini açıqlamışdı.

Tarix: 2-03-2018, 22:53
Xəbəri paylaş





Xəbər lenti