Kiyevdə polislə etirazçılar arasında toqquşma: xəsarət alanlar var

Kiyevdə polislə etirazçılar arasında toqquşma: xəsarət alanlar var Ukrayna Daxili İşlər Nazirliyi paytaxt Kiyevdə, parlament binası yaxınlığında salınan çadır düşərgəsinin ətrafında polislə etirazçılar arasında baş verən toqquşmalar barədə məlumat yayıb.

Bildirilir ki, qarşıdurma nəticəsində 100-dən artıq insan saxlanılıb. Qarşıdurma zamanı 4 polis və bir neçə etirazçı xəsarət alıb.

Məlumata görə, çadır düşərgəsində axtarışlar zamanı hüquq mühafizə orqanlarının əməkdaşları döyüş mərmiləri tapıblar.

Faktla bağlı araşdırmalara başlanılıb.

***12:35

Ukrayna parlamenti yaxınlığında salınan çadır düşərgəsinin ətrafında polislə etirazçılar arasında toqquşmalar yaşanır.

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, toqquşmalar polisin bir sıra cinayət işlərinin araşdırmasını həyata keçirməsi üçün düşərgəyə girməsindən sonra başlayıb.

Qarşıdurmalar zamanı etirazçılar şinləri yandırıb. Polisin 50 nəfəri saxladığı bildirilir.

Məlumata görə, kəllə-beyin travması və qaz yanıqları ilə yaralılar da var.

Xatırladaq ki, Ali Radanın yaxınlıqdakı çadır şəhərciyində Gürcüstanın sabiq prezidenti, Odessa vilayətinin keçmiş qubernatoru Mixail Saakaşvilinin tərəfdarları mitinq keçirirlər.
Tarix: 3-03-2018, 16:04
Xəbəri paylaş





Xəbər lenti