Zaxar Prilepin: “Ermənistan Rusiyaya lazım deyil, amma...”

 


Ermənistanın baş naziri Nikol Paşinyanın Brüsselə NATO-nun sammitinə səfəri ölkədə NATO-ya mümkün üzvlük nöqteyi-nəzərindən müzakirıə olunur. Virtualaz.org “Ermənistan xəbərləri”nə istinadən bildirir ki, bəzi analitiklərin fikrincə, bu səfəri ilə Paşinyan NATO və Aİ ilə inteqrasıiyanın və əməkdaşlığın dərinləşməsinə səbəb olacaq ki, bu da Rusiya ilə problemlərə gətirib çıxaracaq.

“Modus Vivendi” tədqiqat mərkəzinin başçısı Ara Papyanın sözlərinə görə, Paşinyanın Brüsselə səfəri Ermənistanın təhlükəsizlik sistemində alternativin yaranması baxımından önəmlidir. Papyan qeyd edir ki, Paşinyanın səfəri ümid etməyə imkan verir ki, yeni maliyyə ilinin başlaması ilə Aİ Ermənistana münasibətinə yenidən baxacaq və ola bilsin ki, ölkəyə ayrılan dotasiyalarının həcmini artıracaq.

Ermənistan xarici işlər nazirinin keçmiş müavini Arman Navasardyan isə deyir ki, Paşinyanın Brüsselə səfəri çoxvektorlu Ermənistan diplomatiyasının qurulmasının başlanğıcıdır.

Bu arada Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Moskvada həmyerliləri qarşısında erməni dilində çıxış edib. Ola bilsin ki, burada qeyri-adi heç bir şey yoxdur, lakin sosial şəbəkə istifadəçilərinin qeyd etdiyi kimi, bu, ilk dəfədir ki baş verir. Serj Sarkisyanın hakimiyyəti dövründə bunu təsəvvür belə etmək mümkün deyildi.

Rusiyalı yazıçı və publisist Zaxar Prilepin bu baş verənlərlə bağlı bildirib: “Ermənistan iqtisadi cəhətdən və ümumiyyətlə, Rusiyaya lazım deyil, lakin onunla məşğul olmaq lazımdır”. “Danışır Moskva” radiosuna müsahibəsində Prilepin qeyd edib ki, Ermənistanda çevriliş baş verib və bu vəziyyətdə Rusiya hər hansı qərar qəbul etməlidir.

Prilepinin fikrincə, postsovet məkanının bütün ölkələri, o cümlədən Ermənistan NATO-ya daxil olmaq istəyirlər ki, Rusiyanın nüfuzundan azad olsunlar.

Yazıçı və publisistin sözlərindən belə məlum olur ki, Rusiyanın Ermənistanda itirəsi heç bir şeyi yoxdur – bu ölkə iqtisadi cəhətdən əhəmiyyət kəsb etmir. Lakin Kreml Yerevanı özünə gətirəcək, çünki Moskva yaxın qonşuluqda, lazım olmasa belə, Qərbə tərəf addımlayan ölkə görmək istəmir.

Ramiz Məmmədov

Tarix: 14-07-2018, 08:35
Xəbəri paylaş





Xəbər lenti