Suriyalılar Rusiyaya hərbi təlimə gedir - Qərar

 Rusiya hökuməti rusca bilən və bir sıra sınaqlardan keçən suriyalı gənclərin rus hərbi məktəblərində pulsuz təlim almasını təmin edən qərar verib.
Axar.az xəbər verir ki, bu barədə məlumatı Sputnik yayıb. Məlumata görə, bütün xərclərin Rusiya tərəfindən qarşılanacağı təlim müddətində suriyalı gənclərdən ölkədəki ənənələrə və qanunlara əməl etmələri tələb edilib.
Qeyd edək ki, Rusiya və Suriya arasında əldə edilən razılığa əsasən, təlim 7 il müddətində qüvvədə qalacaq və tərəflərin etirazı olmayacağı təqdirdə daha 7 il uzadılacaq.
Tarix: 15-07-2018, 06:44
Xəbəri paylaş





Xəbər lenti