Tramp biabırçı halda kapitulyasiya etdi: Putinin fantastik qələbəsi...







Moderator.az "Reuters" agentliyinə istinadən xəbər verir ki, ABŞ-ın Rusiyadakı keçmiş səfiri Maykl Makfon və senator Makkeyn Tramp və Putin arsındakı sammiti kəskin tənqid ediblər.
 
Keçmiş səfir Helsinki görüşünü “son dərəcə pis” adlandırıb. 

“Putin Helsinkidə fantastik qələbə qazandı...Tramp üçün gözləntilərin səviyyəsi çox aşağı idi. Ondan yalnız bir şey tələb olunurdu - heç olmasa bir damcı müqavimət göstərmək. O isə qərar vermişdi ki, bunu etməsin. Dərindən mütəəssir etdi” - keçmiş səfir Twitter səhifəsində yazıb.

Senator Con Makkeyn də iki prezidentin sammitini tənqid edib, bu görüşü “faciəvi səhv” adlandırıb.

“Helsinkidəki mətbuat konfransında ABŞ prezidentinin çıxışı insanların yaddaşında ən biabırçı çıxış kimi qalacaq. Aydındır, Helsinki sammiti faciəvi səhv idi” - Makkeyn saytında bildirib.

Onun sözlərinə görə Trampın hərəkətləri nəticəsində vurulan zərəri hesablamaq çox çətindir.

“Prezident Tramp sübut etdi ki, o Putinə müqavimət göstərməkdə yalnız qabiliyyətsiz olduğunu deyil, həm də belə bir arzusunun olmadığını nümayiş etdirdi” - o qeyd edib.

Makkeyn əlavə edib ki, Trampı Helsinkidə səriştəli müşavirlər müşayət edirdilər, amma ABŞ prezidenti “xəstəhal və izaholunmayan səhvlər buraxmağı və kapitulyasiya olmağı bacardı”.
 
Xatırladaq ki, bundan əvvəl Amerika senatoru Lindsi Qrem mətbuat konfransında Putinin Trampa hədiyyə verdiyi futbol topunda “juçok”un (dinləmə qurğusu) olub - olmadığını  yoxlamağı təklif etmişdi.
Tarix: 17-07-2018, 15:17
Xəbəri paylaş





Xəbər lenti